Bu il Azərbaycan 28,2 mlrd. dollarlıq xarici ticarət həyata keçirib

Bu il Azərbaycan 28,2 mlrd. dollarlıq xarici ticarət həyata keçirib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 28 mlrd. 214 mln. 292,31 min ABŞ dolları təşkil edib.

OilGas.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 7 mlrd. 922 mln. 608,88 min dollar və ya 39,04% çoxdur.

Ötən 11 ay ərzində idxal əməliyyatları 10 mlrd. 295 mln. 486,72 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 2 mlrd. 504 mln. 783,19 min dollar və ya 32,15% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 17 mlrd. 918 mln. 805,59 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 5 mlrd. 417 mln. 825,69 min dollar və ya 43,34% çoxdur.

Nəticədə 7 mlrd. 623 mln. 318,87 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 11 ayı ilə müqayisədə 2 mlrd. 913 mln. 042,5 min dollar və ya 61,84% çoxdur.

189 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ