Bu il 71 yaşayış məntəqəsinə təbii qaz verilib

Bu il 71 yaşayış məntəqəsinə təbii qaz verilib

Bu ilin yanvar-sentyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2 385,1 km yeni qaz kəməri quraşdırılıb.

OilGas.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 182,6 km qaz kəməri əsaslı təmir olunub.

Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Qax, Quba, Şabran, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 71 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

2840 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ