Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Bu il 59 milyon dollardan artıq dəyərdə polietilen ixrac edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 90,8 min ton ilkin formalarda polietilen ixrac edib.
Oilgaas.az-ın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 59,05 milyon ABŞ dolları təşkil edib.
Doqquz ay ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,6% olub.
Qeyd edək ki, Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.
MÜZAKİRƏ