Bu il 46 yeni quyu təhvil verilib

Bu il 46 yeni quyu təhvil verilib

Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9 673 metr qazma işi həyata keçirilib.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 9 071 metri istismara, 602 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83 462 metr qazma işi görülüb ki, bunun da 77 078 metri istismara, 6 384 metri isə kəşfiyyata aid olub.

Cari ilin iyul ayında qazmadan alınmış 8, yanvar-iyul aylarında isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

OilGas.az

 

266 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ