Bu il 381 çoxmərtəbəli binaya qaz verilib

Bu il 381 çoxmərtəbəli binaya qaz verilib

2018-ci ilin yanvar-sentyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi (İB) hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan 381 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

OilGas.az “Azəriqaz”a istinadən xəbər verir ki, həmin binalarda, ümumilikdə, 19 662 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır”, – məlumatda qeyd edilib.

41 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ