Bu il 277 çoxmərtəbəli binaya qaz verilib

Bu il 277 çoxmərtəbəli binaya qaz verilib

2018-ci ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 277 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

OilGas.az Birliyə istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 14880 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır”,- məlumatda qeyd edilib.

123 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ