Bu il 209 binaya qaz verilib

Bu il 209 binaya qaz verilib

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanının icrası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bir sıra tədbirlər görülüb.

İB-dən Oilgas.az-a verilən məlumata görə, fərmanda göstərilən tapşırıqlardan irəli gələn məsələlərin operativ həlli məqsədilə təbii qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətlərinin nümayəndələri ilə mütəmadi görüşlər keçirilir. Yaranmış problemlərin aradan qaldırılması üçün köməkliyin göstərilməsi istiqamətində müvafiq tövsiyələr verilir.

Sentyabrın 1-nə olan məlumata görə bu il 209 bina üzrə 13 274, təkcə avqust ayında isə 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib. Birlik tərəfindən gündəlik olaraq Mənzil Tikinti Kooperativlərindən (MTK) daxil olan ərizələr araşdırlır və müvafiq rəylər verilir.

1019 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ