Bu günə qədər Ceyhan limanı ilə 335 milyon ton Azərbaycan nefti nəql olunub

Bu günə qədər Ceyhan limanı ilə 335 milyon ton Azərbaycan nefti nəql olunub

Bu ilin iyul ayı ərzində 2 milyon 416 min 951 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

OilGas.az SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 milyon 678 min 704 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 milyon 707 min 802 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il avqust ayının 1-ə qədər Ceyhan limanından 334 milyon 542 min 401 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

OilGas.az

217 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ