Bu gün iki rayonda qaz olmayacaq – XƏBƏRDARLIQ

Bu gün iki rayonda qaz olmayacaq – XƏBƏRDARLIQ

Samux və Ağsu rayonlarında qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Oilgas.az-a verilən məlumata görə, Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.

Görüləcək təmir işlərinə görə bu gün səhər saat 09:00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Ağsu rayonunda da eyni səbəbdən təmir işləri aparılacaq və rayonun 9 kəndində səhər saat 09:00-dan 18:00-dək qaz təchizatı dayandırılıb.

107 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ