Bu gün bir çox bölgələrdə və Bakının bir sıra rayolarında qaz olmayacaq

Bu gün bir çox bölgələrdə və Bakının bir sıra rayolarında qaz olmayacaq

Bu gün saat 09.00-dan etibarən Bakının Qaradağ rayonunun Sanqaçal, Umbakı, Sahil və Əzimkənd qəsəbələrində, eləcə də Bərdə, Tərtər, Ağdam, Yevlax, Goranboy, Ucar və Ağsu rayonları, Xudat şəhərinin bəzi ərazilərində təbii qaz təchizatı dayandırılıb.

Bu barədə Oilgas.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu, aşkarlanan qaz sızmalarının ləğvi, bəzi yerlərdə qaz kəmərlərinin bir hissəsinin dəyişdirilməsi və payış-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

Ağsu rayonunda tətbiq ediləcək qaz dayandırmaları isə zəlzələ vaxtı zədələnmiş, tikintisi başa çatdırılan evlərin qaz sayğaclarının mövcud qaz xətləri üzərinə birləşdirilməsi ilə bağlıdır.

Bundan başqa bu gün saat 09.00-dan işlər başa çatanadək qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində bəzi prospekt və küçələrdə də qaz təchizatı dayandırılıb.

42 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ