Bu gün bəzi ərazilərdə işıq fasilələrlə veriləcək

Bu gün bəzi ərazilərdə işıq fasilələrlə veriləcək

Bu gün saat 11.00-dan 15:00-dək Qaradağ rayonu Müşviqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşviq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşviqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə OilGas.az-a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

“Azərişıq” ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.

36 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ