Bu gün 24 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq

Bu gün 24 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq

Bu gün saat 10:00-dan 15:00-dək Hacıqabul rayonunda 11, Sabirabad rayonunda isə 13 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Oilgas.az-a verilən məlumata görə, bu müddət ərzində “Qarasu” qaz paylayıcı stansiyasının xidmət sahəsində aşkarlanın qaz sızmasının ləğvi işləri aparılacaq.

Yüksək təzyiqli qaz xətlərinin qaz təchizatı mənbələrinə birləşdirilməsi ilə əlaqədar səhər saat 10:00-dan Ucar rayonunda 6 kənd, Zərdab rayonunda bir qəsəbə və 16 kənd, o cümlədən Ucar pambıq emalı zavodu və Zərdab asfalt beton zavodlarının qaz təchizatı da dayandırılacaq.

52 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ