Bu ərazilərdə işıq olmayacaq – XƏBƏRDARLIQ

Bu ərazilərdə işıq olmayacaq – XƏBƏRDARLIQ

Bu gün saat 11:30-dan 14:30-a qədər Abşeron rayonunun Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrinə və Masazır qəsəbəsinin bir sıra ərazilərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr olacaq.

Bu barədə OilGas.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, fasilə 110/10kv-luq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xəttlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

“Azərişıq” rəsmisi yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyib.

120 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ