Bu ərazilərdə elektrik enerjisi kəsilib

Bu ərazilərdə elektrik enerjisi kəsilib

Abşeron rayonunun və Sumqayıt şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb.

OilGas.az “Report”a istinadən xəbər verir ki, yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Abşeron rayonunun Masazır və Saray qəsəbələrində, Sumqayıtın isə Corat qəsəbəsində, XVII və XVIII mikrorayonlarında gecə saatlarından işıq yoxdur.

Məsələ ilə bağlı açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev problemin mövcudluğunu təsdiq edib:

“Elektrik enerjisi ilə təchizatda fasilələr daha çox həyət evləri olan ərazilərdədir. Əməkdaşlarımız problemi aradan qaldırmaq üçün çalışır və yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Xatırladaq ki, adıçəkilən ərazilərdə işıqla bağlı problemlər yay aylarında da yaranmışdı. Həmin vaxt “Azərişıq” rəsmiləri bunu qışa hazırlıq məqsədi ilə elektrik xətlərinin yenilənməsi ilə izah etmişdi.

OilGas.az

309 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ