“Bu, böyük oyunçuların əlindədir” – Neft-qaz satışında başqa valyuta?

“Bu, böyük oyunçuların əlindədir” – Neft-qaz satışında başqa valyuta?

“Qaz “gümüş dövrü”nü yaşayacaq”

Bunu OilGas.az-a açıqlamasında Türkiyənin Enerji Bazarları və Siyasəti İnstitutunun rəhbəri (EPPEN), enerji məsələləri üzrə mütəxəssis, Dr. Volkan Özdəmir bildirib. Onun sözlərinə görə, enerji istehlakında təbii qaz kömürü üstələyərək neftdən sonra ikinci sırada yer alacaq:

“Qazın gələcəkdə böyük tələblərlə neftin yerini alacağı və dünyanın enerji sahəsində ən böyük paya sahib olacağı gözlənilirdi. Lakin bu baş vermədi. Düzdür, gələcəkdə qaza olan tələbat artacaq. Lakin qaz neftin yerini ala bilməyəcək. Növbəti illərdə qaza olan tələbat, asanlıqla kömürə olan tələbatı üstələyəcək. Nəticədə qaz dünyada neftdən sonra ikinci ən böyük enerji vasitəsi olacaq. Bu isə qazın “gümüş dövrü” adlanacaq. 2020-ci illərdə qazın qazla rəqabəti, neftə bağlı olmaqdan qurtulacağı bir hal yaşanacaq”.

Ekspert neft-qaz alqı-satqısında getdikcə dollar deyil, yuan kimi milli valyutalardan da istifadə oluna biləcəyini bildirib:

“Bu, 2020-ci illərdə baş verə bilər. Dünya dəyişdikcə sadəcə olaraq “petro-dollar” sistemi, dollardan başqa valyutalarla da əvəzlənə bilər. Məsələn, belə bir dəyişiklik olarsa, gələcəkdə Türkiyə-Azərbaycan öz aralarında manat və ya lirə ilə də ticarət həyata keçirə bilərlər. Bu, kontraktların bitdiyi zaman ölkələrin qərar verə biləcəyi məsələdir. Hazırda bir “tək əl” var, alqı-satqı yalnız dollarla həyata keçirilir”.

V. Özdemir neft qiymətlərinin növbəti il hansı həddə olacağına böyük oyunçuların qərar verəcəyini qeyd edib:
“Neft qiymətləri ilə bağlı proqnoz vermirəm. Məncə bu proqnoz verilə bilməz. Çünki qiymətlər yalnız maliyyə bazarlarında müəyyənləşir və bu, böyük oyunçuların əlindədir”.

Aydan Axundova

Ankara

OilGas.az

107 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ