“Bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır” – İlham Əliyev

“Bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır” – İlham Əliyev

“Bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək”.

OilGas.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirib. Dövlət başçısı “Əsrin kontraktı”nın əhəmiyyətindən bəhs edib:

“Ulu Öndər hakimiyyətə gələndən bir il sonra “Əsrin kontraktı” imzalanmışdır. Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna rol oynayan kontraktdır. Keçən ilin sentyabrında Ulu Öndərin adını daşıyan bu möhtəşəm Heydər Əliyev Mərkəzində kontraktın 2050-ci ilə qədər uzadılması haqqında qərar verildi. Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcəkdir”.

“Qeyd etdiyim kimi, “Azəri-Çıraq” yatağının istismarının uzadılması haqqında da tarixi qərar qəbul edilib. Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək. Ancaq yenə də deyirəm, gələcək fəaliyyətimiz üçün bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik, qeyd etdiyim kimi, bu, sadəcə olaraq, bizim üçün əlavə maliyyə və siyasi resursdur”, – deyə ölkə başçısı qeyd edib.

180 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ