BTC-yə 340 milyon ton neft vurulub

BTC-yə 340 milyon ton neft vurulub

2017-ci ilin avqust ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın mətbuat xidmətindən OilGas.az-a bildirilib ki, bu ilin yanvar- avqust aylarında isə bu kəmərlə 18 milyon 62 min 280 ton neft ötürülüb. Ümumiyyətlə, boru kəməri istifadəyə verilən gündən bu il sentyabr ayının 1-nə qədər BTC-yə 339 milyon 600 min 342 ton neft vurulub.

Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə 549 min 434 ton Türkmənistan nefti nəql edilib.

OilGas.az

300 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ