BTC üzrə əsaslı xərclər azalıb – 6 milyon dollar

BTC üzrə əsaslı xərclər azalıb – 6 milyon dollar

2017-ci ilin birinci rübü ərzində isə Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə təqribən 8,3 mln. ton (61,7 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhan limanında 77 tankerə yüklənib.

“BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, hesabat dövründə BTC üzrə əməliyyat xərclərinə təqribən 29 mln. dollar, əsaslı xərclərə isə 5 mln. dollar xərclənib. Qeyd edək ki, 2016-cı ilin analoji dövrü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 29 mln. dollar, əsaslı xərclərə isə 11 mln. dollar yönəlib.

Ötən ilin ilk 3 ayı ərzində boru kəməri vasitəsilə təqribən 9 mln. ton (67 mln. barel) xam neft ixrac olunub.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il mart ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 357 mln. ton (təxminən 2,67 mlrd. barel) xam neft nəql edilib və Ceyhan limanında 3502 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

OilGas.az

437 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ