BTC kəmərləri ilə nə qədər neft nəql edilib?

BTC kəmərləri ilə nə qədər neft nəql edilib?

Bu ilin yanvar-fevral aylarında magistral neft kəmərləri ilə 6679,0 min ton neft nəql edilib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 81,7 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5458,1 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 1010,8 min ton tranzit nefti də nəql edilib.

88 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ