BTC kəmərilə indiyədək 391 milyon ton xam neft nəql edilib

BTC kəmərilə indiyədək 391 milyon ton xam neft nəql edilib

2018-ci ilin 1-ci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə təqribən 5 milyon dollar xərclənib.

Yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 1-ci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 391 milyon tondan artıq (2,93 milyard barel) xam neft nəql edilib və Ceyhanda 3839 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2018-ci ilin 1-ci rübü ərzində isə BTC vasitəsilə təqribən 63 milyon ton(8,3 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 81 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir

456 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ