BTC ilə tranzit neftinin nəqli artıb

BTC ilə tranzit neftinin nəqli artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə neft nəqli ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% azalaraq 28 642,8 min ton təşkil edib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 78,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə həyata keçirilib.

8 ay ərzində bu kəmərlə 22 473,4 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 4,2% azdır. Hesabat dövründə BTC kəməri ilə 4 313,8 min ton tranzit nefti də nəql edilib. Bu isə illik müqayisədə 38,7% çoxdur.

OilGas.az

 

287 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ