BTC ilə 21,3 mln. ton neft nəql edilib

BTC ilə 21,3 mln. ton neft nəql edilib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral neft kəmərləriilə 26 384,4 min ton neft nəql edilib.

Oilgas.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 3,6% azalıb.

Hesabat dövründə nəqletmənin 80,8%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 21 307,5 min ton neft ötürülüb ki, bu həcm ötən ilin müvafiq dövründən 4,4% azdır.

Dövr ərzində BTC kəməri ilə 3 100,8 min ton (26% az) tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

47 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ