Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
“Brent” neftinin qiyməti kəskin ARTDI – 31 dolları ötdü
“Brent” markalı neftin bahalaşması sürətlə davam edir.
Oilgas.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:17-də “Brent” markalı neftin bir bareli üçün iyul fyuçerslərinin qiyməti 11,43% artaraq 30,31 ABŞ dollarına bərabər olub.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 17,66% artaraq 23,99 ABŞ dolları olub.
Qeyd edək ki, sonuncu dəfə “Brent” neftinin qiymətinin 30 dollardan çox olması cari ilin aprelin 15-də qeydə alınıb.
***
Brent markalı neftin qiyməti 14 apreldən sonra ilk dəfə 31 ABŞ dolları ötüb.
Bakı vaxtı ilə saat 22:39-da “Brent” markalı neftin bir bareli üçün iyul fyuçerslərinin qiyməti 14,26% artaraq bir barelə görə 31,08 ABŞ dollarına bərabər olub.
MÜZAKİRƏ