Brent neftinin qiyməti 60 dolları ötəcək – Analitiklər

Brent neftinin qiyməti 60 dolları ötəcək  – Analitiklər

Brent markalı neftin qiyməti 60 dollar/bareli ötə bilər.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, belə bir proqnozla Citi analitikləri çıxış edib.

“Yəqin ki, bazar indi ehtiyatların azaldılmasına hazırlaşmalıdır. Bu isə Brent neftinin qiymətini 60 dollar/bareldən yuxarı həddə qaldıracaq”, -deyə analitiklər bildiriblər.

Məlumata görə, cari ilin IV rübündə Brent markalı neftin qiyməti hər barelə görə 65 dollar, WTI markalı neftin qiyməti isə hər barelə görə 62 dollar təşkil edə bilər.

Ekspertlərin fikrincə, neftin kommersiya ehtiyatlarının azaldılması Vyana sazişinə əsasən neft hasilatının azaldılmasının effekti göründükdən sonra mümkün olacaq.

Analitiklər ABŞ-da neft hasilatının bundan sonra da artacağını proqnozlaşdırırlar. Lakin onların fikrincə, saziş iştirakçılarının hasilatı azaltması bazar üçün daha əhəmiyyətli olacaq. Məhz bu da ehtiyatların azalmasına gətirib çıxaracaq.

OilGas.az

425 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ