Brent nefti ucuzlaşdı

Brent nefti ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətlərdə dəyişib.

OilGas.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,03% artaraq 62,79 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,06% ucuzlaşaraq 66,35 dollar olub.

93 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ