Brent nefti rekord təzələdi

Brent nefti rekord təzələdi

Dünya birjalarında neftin qiyməti artıb.

OilGas.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar və ya 0,84% artaraq 62,15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,35 dollar və ya 0,52% bahalaşaraq 68,19 dollar olub.

Qeyd edək ki, Brent nefti ən son 2015-ci ilin may ayında 68 dollar həddində olub.

OilGas.az

238 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ