Brent nefti bahalaşdı

Brent nefti bahalaşdı

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətlərdə dəyişib.

OilGas.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar və ya 0,06% azalaraq 68,36 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,04% bahalaşaraq 74,09 dollar olub.

164 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ