Braziliya Vyana sazişində iştirak edə bilməz – SƏBƏB

Braziliya Vyana sazişində iştirak edə bilməz – SƏBƏB

“Braziliyanın ən nəhəng neft şirkəti Petrobras neft qiymətlərinə nəzarət edən sazişlərdə iştirak edə bilməz”.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Braziliyanın Rusiyadakı səfiri Antonio Salqado bildirib. Onun sözlərinə görə, Braziliyada neft hasilatı bazar məntiqinə tabedir:

“Petrobras ,təbii ki, dövlət şirkətidir. Lakin səhmləri şəxsi investorlara da məxsusdur. Şərtlərə əsasən, ona hər hansısa bir formada neft qiymətlərini müəyyən edən sazişlərdə iştirak etmək qadağandır”.

Qeyd edək ki, Petrobras dövlət tərəfindən nəzarət olunan nəhəng neft-qaz şirkətidir. Şirkət orta hesabla gündəlik 2 milyon bareldən çox neft hasil edir.

Xatırladaq ki, 2016-cı ilin sonlarında Vyanada OPEC üzvləri və kartelə daxil olmayan ölkələr ümumi hasilatı oktyabr səviyyəsindən gündəlik 1,8 milyon barel azaltmaq barədə saziş imzalayıblar. Saziş bu ilin birinci yarımilliyi üçün bağlanıb. May ayında müddəti daha 9 ay uzadılıb.

OilGas.az

 

276 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ