BP: Rusiya qaz ixracını gündəlik 1 milyard kubmetrə qədər artıracaq

BP: Rusiya qaz ixracını gündəlik 1 milyard kubmetrə qədər artıracaq

2040-cı ilə qədər Rusiya xaricə gündəlik 1,2 mlrd. kubmetr qaz tədarük edəcək.

OilGas.az xəbər verir ki, bu göstərici BP-nin “2040-cı ilə qədər dünya energetikasının inkişaf proqnozu”nda yer alıb.

2035-ci ilə qədər periodu əhatə edən ötənilki proqnozda BP Rusiyanın qaz ixracını sutkada 962 mln. kubmetr həcmində qiymətləndirirdi. 2016-cı ildə Rusiya uzaq xaricə sutkada 561 mln. kubmetr qaz ixrac edib.

BP hesab edir ki, 2016-cı ildən 2040-cı ilə qədər Rusiyada qaz hasilatı dünya bazarlarında tələbin artması fonunda 29% yüksələrək gündəlik 2,038 mlrd. kubmetrə çatacaq. Şirkətin hesablamalarına əsasən, 2016-cı ildə Rusiya gündəlik 579,4 mlrd. kubmetr qaz hasil edib.

211 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ