BP-nin ofisində yanğın təhlükəsi – Bakıda (Yenilənib)

BP-nin ofisində yanğın təhlükəsi – Bakıda (Yenilənib)

Fövqəladə Hallar Nazirliyi BP-nin ofisi yerləşən binada baş verən yanğınla bağlı məlumat yayıb.

OilGas.az FHN-in saytına istinadən xəbər verir ki, Bakının Səbail rayonunda 16 mərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompüter avadanlığı yanıb. Otaq və digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

15:15

Bakıda BP-nin ofisində yanğın təhlükəsi yaranıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, BP-nin paytaxtın Neftçilər prospekti 153 ünvanında yerləşən ofisində qısaqapanma olub. Həyata keçirilən tədbirlər nəticəsində qısaqapanmanın yanğına keçməsinin qarşısı alınıb.

OilGas.az

292 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ