BP-nin baş icraçı direktoru “Dostluq” ordeni ilə təltif olundu

BP-nin baş icraçı direktoru “Dostluq” ordeni ilə təltif olundu

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

OilGas.az-ın məlumatına görə, görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulanıb, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirilib.

Qeyd olunub ki, Azərbaycanla BP şirkəti arasında uzun illərdir, davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.

Söhbət zamanı ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulanıb.

Prezident İlham Əliyev Azərbaycanla BP şirkəti arasında səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Robert Dadlinin Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunduğunu bildirib və ordeni ona təqdim edib.

OilGas.az

291 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ