BP ilin sonuna qədər işçilərinin 15%-ni ixtisar edəcək

BP ilin sonuna qədər işçilərinin 15%-ni ixtisar edəcək

Böyük Britaniyanın enerji şirkəti BP koronavirus pandemiyasının vurduğu zərəri azaltmaq üçün bu ilin sonuna qədər işçi qüvvəsinin 15%-ni ixtisar etməyi planlaşdırır.

Məlumata görə, ixtisarlar şirkətin bərpa olunan enerjiyə keçid üçün nəzərdə tutulan genişmiqyaslı planının bir parçası olaraq həyata keçiriləcək.

Qeyd edək ki, BP-nin Baş icraçı direktoru Bernard Luni işçilərinə bu ilin sonuna qədər 10 min nəfəri ixtisar etməyi planlaşdırdıqlarını bildirsə də, qurumun sözçüsü hadisə ilə bağlı “Reuters”ə açıqlama verməkdən imtina edib./Report/

70 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ