BP-də yeni təyinat – Nərminə Nəbiyeva vitse-prezident oldu

BP-də yeni təyinat – Nərminə Nəbiyeva vitse-prezident oldu

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə modernləşdirmə və transformasiya proqramına rəhbərlik edən Nərminə Nəbiyeva 18 iyun 2018-ci il tarixindən şirkətin insan resursları üzrə vitse-prezidenti təyin olunub.

“BP-Azerbaijan” şirkətindən OilGas.az-a verilən məlumata görə, bu vəzifədə N. Nəbiyeva BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin BP-nin apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq.

N. Nəbiyeva bu yeni vəzifəyə biznes əlaqələri və rəhbərlik sahəsində zəngin təcrübəsi ilə gəlir. Bundan əvvəl o, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə insan resursları şöbəsində, Hindistanda BP-nin “Reliance” şirkəti ilə tərəfdaşlığı fəaliyyətində və BP-nin apstrim seqmentinin talant və öyrənmə qrupunda çalışıb

Nərminənin Dövlət İdarəçilik Akademiyasından dövlət idarəçiliyi və iqtisadiyyat üzrə bakalavr dərəcəsi və Böyük Britaniyanın Robert Qordon Universitenindən menecment üzrə diplomu var. O həmçinin İnsan Resurslarının İdarə Olunması və İnkişafı üzrə ixtisaslaşmış İnstitutun (CİPD) üzvüdür.

2184 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ