BP-də təyinat – Direktorlar Şurasına yeni rəhbər gəldi

BP-də təyinat – Direktorlar Şurasına yeni rəhbər gəldi

Böyük Britaniyanın BP şirkətinin Direktorlar Şurasına yeni rəhbər təyin edilib.

OilGas.az şirkətə istinadən xəbər verir ki, 2019-cu ilin yanvarın 1-dən bu vəzifəni Helge Lund icra edəcək.

Məlumata görə, 2018-ci ilin sentyabrın 1-dən etibarən H.Lund BP-nin Direktorlar Şurasının üzvlüyündə təmsil olunacaq. O, gələn ilin yanvarın 1-dən Direktorlar Şurasının sədri kimi fəaliyyət göstərəcək.

Yeni təyinatla əlaqədar H.Lund Danimarkada “Novo Nordisk AS”nin sədri vəzifəsindən, eləcə də “Schlumberger”in rəhbərliyindən istefa verəcək.

Qeyd edək ki, hazırda BP-nin Deirektorlar Şurasının sədri və qeyri-icraçı direktoru Karl Henrik Şvanberqdir.

196 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ