BP-də nə qədər azərbaycanlı çalışır? – RƏSMİ

BP-də nə qədər azərbaycanlı çalışır? – RƏSMİ

2017-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2448 nəfər olub.

OilGas.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətindən bildirilib. Məlumata görə, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 89%-dən çoxunu təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. O cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir. Bundan əlavə, 265 nəfər yerli işçi mövcud layihələr sahəsində çalışır.

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.

458 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ