BP Azərbaycanda sosial layihələrə 72 mln. dollar xərcləyib

BP Azərbaycanda sosial layihələrə 72 mln. dollar xərcləyib

“BP şirkətinin əməliyyatçısı olduğu layihələr vasitəsi ilə BP və tərəfdaşları tərəfindən Azərbaycana təxminən 66 mlrd. dollar investisiya qoyulub”.

OilGas.az xəbər verir ki, bunu Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransında BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

B. Aslanbəylinin sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından bu günə qədər 3 mlrd. bareldən artıq neft hasil edilib: “Ötən 12 il ərzində biz AÇG yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edib Azərbaycana təhvil vermişik”.

“2006-cı ilin sonundan etibarən “Şahdəniz” layihəsi regional bazarlara 80 mlrd. kubmetrdən artıq qaz nəql edib. “Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 360 mln. tondan artıq, yəni 2,7 mlrd. bareldən çox xam neft nəql edilərək 3550-dən artıq tankerə yüklənib və neft bazalarına göndərilib”, – deyə şirkətin vitse-prezidenti qeyd edib.

B. Aslanbəyli bildirib ki, BP bu vaxta qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollara yaxın vəsait ayırıb.

OilGas.az

247 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ