Boru xəttindən 13 ton neft oğurlanıb

Boru xəttindən 13 ton neft oğurlanıb

Türkiyənin “BOTAŞ” şirkətinə məxsus boru xəttindən xam neft oğurlayan şəxslər tutulub.

OilGas.az türk mediasına istinadən xəbər verir ki, jandarma Karaçay məhəlləsində “BOTAŞ” boru xəttinin keçdiyi bölgədə şübhəli bir yük maşını barədə məlumat aldıqdan sonra hərəkətə keçib. Jandarma boru xəttindən yük maşınına yanacaq doldurası iddiasıyla 2 nəfəri saxlayıb.

Yük maşını və təxminən 13 ton xam neft müsadirə edilib. Saxlanılan şəxslərdən biri həbs olunub, digərisə şərti cəza alaraq sərbəst buraxılıb.

816 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ