BNP: Neft bazarına təsir edən amillər, illik proqnoz

BNP: Neft bazarına təsir edən amillər, illik proqnoz

Bu il neft qiymətlərinin dinamikasını müəyyənləşdirən başlıca amil OPEC-in təklifləri idarəetmə roluna geri qayıtması olacaq.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə Fransanın “BNP Paribas” bankının ekspertləri çıxış edib. Onların fikrincə qiymətlərə təsir edəcək digər amillər Rusiyada neft hasilatının azaldılması, ABŞ-da şist neftinin hasilatının artırılması, Kartelə daxil olmayan istehsalçıların təklifi və dolların kursu olacaq.

“BNP Paribas” ekspertlərinin proqnozlarına əsasən, 2017-ci ildə OPEC-in neft hasilatının həcmi gündəlik 32,3 milyon barel təşkil edəcək;

Rusiya neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliklərinə yalnız aprel ayında əməl edəcək;

2017-2018-ci illərdə ABŞ-da hasilatın həcmi müvafiq olaraq gündəlik 230 000 barel və gündəlik 520 000 barelə bərabər olacaq;

2017-ci ilin ortalarında OPEC və ABŞ-dan kənarda hasilatın həcmi artacaq. İl ərzində artımın ümumi həcmi gündəlik 40 000 barel təşkil edəcək (Bununla ümumi hasilat gündəlik 45,2 milyon barelə çatacaq);

Kanada və Braziliyada hasilatın artırılması, Çində isə azaldılması gözlənilir;

Bu il ərzində gündəlik neft təlabatı artaraq 1,3 milyon barelə bərabər olacaq.

OilGas.az

223 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ