BMI Research: İrandan neft ixracı bu il azalacaq

BMI Research: İrandan neft ixracı bu il azalacaq

İrana qarşı sanksiyalar zəiflədikdən sonra ölkə xaricə neft tədarükünü kifayət qədər artırıb. Lakin ixracın bu il azalacağı proznozlaşdırılır.
OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, belə bir proqnozla “BMI Research” analitikləri çıxış edir. Ekspertlər bunu 2 amillə izah edirlər:

Birincisi, İranın tankerlərdə saxlanılan neftinin həcmi sadəcə 2,3 milyon bareldir. Lakin ötən ilin ortalarında bu rəqəm təxminən 50 milyon barel səviyyəsində olub. İkincisi, neft ehtiyatının bu qədər azalması ixrac dinamikasında da öz əksini tapıb. Belə ki, mart ayında 2,35 mln barel neft ixrac edilib. Ötən ilin oktyabr-noyabr aylarında isə bu rəqəm 2,6 milyon barel olub.

OilGas.az

427 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ