Bloomberg: ABŞ-da neft ehtiyatları azaldı

Bloomberg: ABŞ-da neft ehtiyatları azaldı

ABŞ-da neft ehtiyatları 2 milyon barel azalıb.

OilGas.az xəbər verir ki, bu göstərici Bloomberg agentliyinin ekspertlər arasında keçirdiyi ənənəvi sorğunun nəticələrində əksini tapıb. Sorğuda iştirak edən ekspertlərin fikrincə, may ayının 19-a olan həftəlik göstəricilərdə ABŞ-da neft ehtiyatları 518,8 mln barel təşkil edib.

Proqnozlara əsasən, benzin və distillat ehtiyatlarında da azalma müşahidə olunub. Ekspertlərə görə, benzin ehtiyatları 750 min barel azalaraq 239,9 mln barel, distillat ehtiyatları isə 985 min barel azalaraq 145,8 mln barelə bərabər olub.

OilGas.az

414 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ