Bloomberg: ABŞ-da neft ehtiyatları 4 milyon barel azalıb

Bloomberg: ABŞ-da neft ehtiyatları 4 milyon barel azalıb

ABŞ Energetika Nazirliyi həftəlik göstəriciləri dərc etməzdən öncə Bloomberg agentliyi ənənəvi olaraq ekspertlər arasında sorğu keçirib.

OilGas.az xəbər verir ki, proqnozlara əsasən, 5 yanvara qədər həftəlik göstəricilərdə neft ehtiyatlarının azaldığının şahidi olacağıq. Ekspertlərin fikrincə, hesabat həftəsində xam neft ehtiyatları 3,75 mln. barel azalaraq 420,7 mln. barelə bərabər olub. Benzin ehtiyatlarında isə artım var. Belə ki, hesabat həftəsində bu yanacaq növünün ehtiyatları 3,25 mln. barel çoxalaraq 236,4 mln. barelə çatıb. Artım distillat ehtiyatlarında da müşahidə olunub. Yanvarın 5-nə qədər ABŞ-da distillat ehtiyatları 2,25 mln barel çoxalaraq 141,1 mln barel təşkil edib.

“Mizuho Securities” şirkətinin müvafiq departamentinin rəhbəri Bob Yanqer iddia edib ki, ehtiyatların azalması bazar tərəfindən çox müsbət qarşılanacaq. Ekspert həmçinin qeyd edib ki, bazar distillat ehtiyatlarının dəyişməsi üzərində də fikrini cəmləyib.

OilGas.az

217 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ