Bitkoinlə ticarət 10 ölkədə cinayət hesab olunur

Bitkoinlə ticarət 10 ölkədə cinayət hesab olunur

Dünyadakı 250 ölkədən 107-də aparıcı kriptovalyuta sayılan bitkoinlə ticarətə məhdudiyyət təqbiq edilmir.

OilGas.az “Report”a istinadən xəbər verir ki, 10 ölkədə bitkoin alıb-satmaq qanunla qadağandır və cinayət hesab olunur. Bunlar Vyetnam, Vanuatu, Makedoniya, Qatar, Mərakeş, Ekvador, Boliviya, Banqladeş, Əlcəzair və Əfqanıstandır.

Səkkiz ölkədə – Amerika Samoası, Çin, Misir, Hindistan, İndoneziya, Nepal, Səudiyyə Ərəbistanı və Zambiyada isə bitkoinlə ticarət məhdudlaşdırılıb.

Qalan 125 ölkədə bitkoinə rəsmi münasibət barədə isə məlumat yoxdur.

Bitkoni valyuta kimi tanıyan və tanımayan ölkələlərin tam siyahısı ilə https://coin.dance/poli linki vasitəsilə tanış olmaq mümkündür.

175 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ