Bitkoin yenidən dəyər itirdi

Bitkoin yenidən dəyər itirdi

Son zamanlar Bitkoin (bitcoin) kriptovalyutasıyla satışın bir sıra sosial şəbəkələr tərəfindən qadağan edilməsi onun yenidən dəyər itirməsinə səbəb olub.

OilGas.az xəbər verir ki, bu gün səhər saatlarında bitkoin 0,24% dəyər itirərək 7,8 min dollar həddində qərarlaşıb.

“CoinMarketCap” portalının məlumatlarına əsasən, Bitfinex birjasında bitkoin 1,09% yüksələrək 7,851 min dollar, GDAX birjasında isə 0,9% yüksələrək 7,843 min dollara çatıb.

Alternativ kriptovalyutaların dəyəri isə fərqli istiqamətdə dəyişib. “Ethereum” 2,66% ucuzlaşaraq 448,87 dollar, “Ripple” 0,99% yüksələrək 0,579 dollar, “Bitcoin Cash” isə 1,36% dəyər itirərək 880,93 dollara bərabər olub.

303 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ