Bitkoin yenidən dəyər itirdi

Bitkoin yenidən dəyər itirdi

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşmaqda davam edir.

OilGas.az “CoinMarketCap” portalına istinadən xəbər verir ki, bitkoinin qiyməti 1,56% ucuzlaşaraq 7,2 min dollar təşkil edib

Digər kriptovalyutaların dəyərində də bu gün ucuzlaşma qeydə alınıb. Belə ki, “Ethereum” 8,68% və ya 534 dollar, “Ripple” 3,43% və ya 0,584 dollar, “Bitcoin Cash” isə 5,56% və ya 935,63 dollar ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 311,583 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.

228 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ