Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Bitkoin cüzi bahalaşıb
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bir qədər bahalaşıb.
OilGas.az Trend-ə istinadən xəbər verir ki, bitkoin bu gün 6,4 min dollar ətrafında alınıb satılır.
“CoinMarketCap” portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,38% artaraq 6,44 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, “Ethereum” 2,45% və ya 318,86 dollaradək ucuzlaşıb, “Ripple” 1,33% (0,3037 dollara qədər) ucuzlaşıb, “Bitcoin Cash” isə 0,28 (578,35 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 216,02 milyard dollar təşkil edir və bunun 51,2% faizi bitkoinin payına düşür.
MÜZAKİRƏ