Bitkoin 300-cü ölüm ildönümünü qeyd edir

Bitkoin 300-cü ölüm ildönümünü qeyd edir

“99Bitcoins”in hazırladığı siyahıya əsasən, Bitkoin 300 dəfə ölüb. Bitkoinin son ölüm elanı may ayının son günlərində Forbes tərəfindən verilib.

OilGas.az “Cointelegraph”a istinadən xəbər verir ki, Bitkoin mayın 30-da “Forbes”də yayımlanan bir məqalədən sonra 300-cü ölüm ildönümünü qeyd edib. Məqaləyə əsasən, Bitkoinin zəif tərəfi kriptovalyuta istehsalı üçün çox böyük miqdarda elektrik enerjisi tələb etməsidir.

“99Bitcoins” tərəfindən qeydə alınan ən son ölüm elanında Bitkoin 7312 dollar səviyyəsində qərarlaşmışdı. Dekabrda Bitkoinin 200-cü ölüm ildönümündə isə onun dəyəri 11 000 dollara bərabər idi. Statistikaya görə, lider kriptovalyuta bu il 62 dəfə ölüb.

368 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ