Bitcoin ucuzlaşmaqda davam edir

Bitcoin ucuzlaşmaqda davam edir

Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoin ucuzlaşıb.

OilGas.az FED.az-a istinadən xəbər verir ki, Bitcoin bu gün 0,97% dəyər itirərək 6 490 dollardan düşərək 6 419 dollar olub.

Eyni zamanda, Bitcoin Cash və Etherum ucuzlaşıb.

Belə ki, Bitcoin cash 3,64% azalaraq 436 dollar, Etherumun 4,92% azalaraq 211 dollar təşkil edib.

Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 74-ü bahalaşıb qalan 26-ı isə ucuzlaşıb.

Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 210 064 374 708 $ -dır.

51 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ