“Bitcoin” ucuzlaşdı – Naməlum treyder milyarder oldu

“Bitcoin” ucuzlaşdı – Naməlum treyder milyarder oldu

Naməlum treyder bitkoinin ucuzlaşmasından maksimum yararlanıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, adını gizli saxlayan treyder bitkoin ucuzlaşdığı anda təxminən 400 milyon dollar dəyərində kriptovalyuta alıb. 3Cbq7aT1tY8kMxWLbitaG7yT6bPbKChq64 bitkoin ünvanlı treyder satın almaları 9-12 fevral aralığında həyata keçirib. Onun hesabındakı bitkoinlərin sayı 55 mindən 96 min ədədə qədər artıb.

“360 Blockchain USA” təşkilatının prezidentinin sözlərinə görə, böyük ehtimalla, satın almanı Uoll-Stritdən olan hansısa böyük oyunçu həyata keçirib. Qısa zaman kəsiyində 1 bitkoinin dəyəri 6000 dollara qədər ucuzlaşıb, indi onun dəyəri yenidən 11 min dollara bərabərdir.

Beləliklə, bazar iştirakçısı milyarderlər siyahısına daxil olub.

366 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ