Bitcoin 200 dollara yaxın ucuzlaşdı

Bitcoin 200 dollara yaxın ucuzlaşdı

Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoin ucuzlaşıb.

OilGas.az FED.az-a istinadən xəbər verir ki, Bitcoin bu gün 3,23% və ya 190 dollar düşərək 6 514 dollar olub.

Eyni zamanda, Bitcoin Cash və Etherum ucuzlaşıb.

Belə ki, Bitcoin cash 7,42% azalaraq 518 dollar, Etherumun 5,69% azalaraq 217 dollar təşkil edib.

Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 91-i bahalaşıb qalan 9-u isə ucuzlaşıb.

Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 216 170 477 088 $ -dır.

1871 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ