“Bitcoin” 1 gündə kəskin ucuzlaşdı

“Bitcoin” 1 gündə kəskin ucuzlaşdı

“Bircoin”in kursu sutka ərzində 25,1 faiz aşağı düşüb.

OilGas.az xəbər verir ki, bu barədə “Coinmarketcap” portalı məlumat yayıb.

Yanvarın 17-ə bitkoinin dəyəri 10 913 dollar olub. Digər kriptovalyutaların dəyərində də 2,85%-44,49% arasında azalma müşahidə olunub. Bu zaman “Tether” istisna təşkil edib. Belə ki bu kriptovalyutanın dəyərində 2,88% artım müşahidə olunub.

Qeyd edək ki, yanvarın 16-da bitkoin 13-13,5 min dollar səviyyəsində ticarət dövriyyəsində olub.

Xatırladaq ki, Qiymətli kağızlar bazarına nəzarət üzrə Avropa idarəsinin rəhbəri Stiven Meycor Bloomberg agentliyinə açıqlamasında investorları bitkoinə yatırdıqları bütün pulları itirməyə hazır olmağa çağırıb. Onun fikrincə, bitkoinin ekstremal dəyişkənliyi onun valyuta şəklində istifadəsini mənasız edir.

410 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ